BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Göyçayda bank hesablarından pul oğurlayan şəxslər saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

İstixəbər.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından 91 manat pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Valeh Xəlilov, əvvəllər məhkum olunmuşlar Ruslan Qasımov və Həriman Rəhimov avqustun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların cari ilin may-avqust ayları ərzində Göyçay rayon sakini olan daha 3 nəfərin bankdakı hesablarından ümumilikdə 2479 manat pul çıxarmaları müəyyən edilib.

İstixəbər.info İnformasiya Portalı

loading...