BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Manaf Mətanətin videosunu yayan adamı “razborka”ya çağırıb diz çökdürdü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi “razborka”ya çağırıb. Həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb.

İstixəbər.info xəbər verir ki, Yenicag.az-a açıqlama verən M.Ağayev həmin qadının şəhid anası olduğu üçün onun övladını bağışlayıb:

“Mətanətlə 20 ilin dostlarıyıq. Adamlar bilirdilər ki, Mətanətin dostuyam. Buna görə də mənə zəng etdilər. Hadisəni araşdırmaq üçün həmin adamları çağırıb, bir məkana yığdım. Bəlli oldu ki, həmin videonu yayan oğlanın anası şəhid anasıdır. Anası bizə yalvardı, həmin adam qarşımızda diz çökdü. Biz anaya dedik ki, sən niyə üzr istəməlisən, sən şəhid anasısan, başını dik tut. O yalvardı ki, oğlumu bağışlayın. Buna görə də həmin adamı bağışladıq, məsələni həll etdik”.

İstixəbər.info İnformasiya Portalı

loading...