BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Mətanət Azərbaycan qadını adına ləkədir” — Sərxan Kərəmoğlu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Müğənni Mətanət Əsədovanı qınayanlar sırasına bir vaxtlar öz proqramında ifaçını öpməkdən doymayan Sərxan Kərəmoğlu da qoşulub.

İstixəbər.info oxu.az-a istinadən xəbər verir ki, o, aparıcısı olduğu “Xoş gəldin” verilişində həmkarı haqda sərt fikirlər səsləndirib:

“Mətanətin ünvanına tənqid yazan hər kəsin əllərindən öpürəm. Düzgün edirsiniz. Tənqid yazarsınızsa, biz ondan nəticə çıxararıq. Mətanət xanım, dediyim sözün üstündə dururam. Sizin çox gözəl sənətiniz var, ifa etdiyiniz boğazlar bu gün heç kimdə yoxdur. Allah o vergini yalnız sizə verib. Amma mən aktyoram, siz mənim qarşımda aktrisalıq edə bilmərsiniz. Mən insanın səs tembrindən tuturam ki, bu insan mənə telefonda aktyorluqmu edir, ya həqiqəti danışır.

Birincisi, sizi telefona çəkən insanı və orada oturanların kim olduğunu bilirəm, çox gözəl tanıyıram. Video sizi çəkən insan tərəfindən sosial mediaya yayılmayıb. Bu necə yayılıbsa, onu siz yaxşı bilirsiniz. Bizim qarşımızda artistlik etmə. Bilirsən ki, xalqı aldatmaq olmaz. İçki içmisiniz, içməmisiniz, dediyinizə görə limon suyudur, olsun, amma sizin yanınızda oturanlar içki içibsə və söyüş söyürsə, buna gücünüz çatmırsa, qalxıb məclisdən getməli idiniz. Amma siz getmədiniz. Deməli, etdiyiniz hərəkət Azərbaycan qadınının adına böyük ləkədir. İkincisi, muğam oxumusunuz, orada sizə zarafatyana sözlər deyilib. Siz dərhal muğam oxumağı dayandırmalı və yenə çıxıb getməli idiniz. Bizim muğam və musiqi sənətimizi siz təhqir etmisiniz, orada əyləşən insanlar yox”.

Mətanət Əsədova isə Sərxana “Instagram” hesabında cavab verib.

“Evimdə yediyin çörək burnundan gəlsin. Sənə ayıb olsun. Sənin kimilərdir bizi ayaqlar altına atan. Allah bəlanı versin”, – deyə müğənni yazıb.

Qeyd edək ki, Əsədovanın içki süfrəsində yayılan videosu tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26