BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qənirə Paşayeva Macarıstanda keçirilən Turan Qurultayında iştirak edib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində millət vəkili Q.Paşayeva Tuva, Xakas, Başqırd, Uyğur və Macar türklərinin təmsilçiləri, aydınları, ziyalıları, fəal qadınları və tanınmış sənəd adamları ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb.

İstixəbər.info xəbər verir ki, onlara Azərbaycandan danışan millət vəkili Q.Paşayeva Türk dünyanıın güclənməsində aydınlarımızın, şair, yazar, sənət adamlarımızın da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb, onlara uğurlar diləyib və ölkəmizə dəvət edib.

Millət vəkili Qənirə Paşayeva bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Millət vəkili Qənirə Paşayeva görüşlər zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb, geniş məlumatlar verib və Qarabağ həqiqətlərinn yayılmasında onları daha fəal olmağa çağırıb. Görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova, iş qadını Pərvanə Mustafayeva da iştirak ediblər.

İstixəbər.info İnformasiya Portalı

loading...