BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda yol nəqliyyat hadisəsi baş verib: Yaralanan var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info xəbər verir ki,  Yevlax şəhər sakini Əliyev Taleh Əjdər oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən anidən yola it çıxıb.

Bu zaman sürücü heyvanı vurmamaq üçün maşını kənara döndərib və idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...