BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqənin qaliblərini mükafatlandırıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb.

İstixəbər.info xəbər verir ki, Çingiz Rəhimovun “Virtual cərrahiyyə” (29 000 AZN), Röyal Əmrahovun “Məktəbə hazıram” (16 000 AZN), Samir Həbiblinin “Sletti” (15 000 AZN), Çingiz Mehbalıyevin “www.joinb2b.com” (14 000 AZN), Namiq Qədirovun “Ağıllı oyuncaqlar” (11 000 AZN) layihələri qrant müsabiqəsinin qalibi elan edilib.

Fondun bu günə qədər keçirdiyi 6 qrant müsabiqəsinə təqdim olunmuş 903 innovativ və tətbiqi elmi-texniki layihədən 117-nə qrant ayrılıb.

İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub.

Hesab edirəm ki, Fond tәrәfindәn verilәn qrantlar startapçıların şəxsi bizneslәrinin qurulmasında əvәzsiz rola malikdir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26