Be. Dek 16th, 2019

BAKI-QUBA YOLUNDA HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sabahdan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə start veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İstixəbər.info saytına məlumat verilib. Təmir işləri yolun Quba istiqamətində aparılacaq və bir neçə gün davam edəcək.

Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq. Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

İstixəbər.info İnformasiya Portalı