BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı ilə əlaqədar məlumat yayıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qurban bayramı ilə əlaqədar 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov İstixəbər.info saytına məlumat verib.

BBA-ın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədiləiş qrafikində dəyişiklik edib. Belə ki, avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.
Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin Avtovağzaldan yola salınır.
Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər.
Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiyası nəzarət edəcək.
Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26