C. Dek 13th, 2019

ABŞERONDA PİYADANI AVTOMOBİL VURARAQ ÖLDÜRÜB

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Abşeron rayonunda piyadanı avtomobil vuraraq öldürüb. 

İstixəbər.info DİN-in saytına istinadən xəbər verir ki, hadisə rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, avqustun 12-də saat 3 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı