BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ZAQATALADA LEYSAN YAĞIŞLAR FƏSADLAR YARADIB, HƏYƏTYANI SAHƏLƏRİ SU BASIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünən gecə saatlarından başlayan leysan yağışları Zaqatalada müəyyən fəsadlara yol açıb.

İstixəbər.info “Report”-a istinadən xəbər verir ki, rayon ərazisindən keçən dağ çaylarında suyun səviyyəsinin artması nəticəsində bir neçə evin zirzəmisinə, birinci mərtəbəsinə və həyətyanı sahələrə su dolub.

Rayon üzrə kütləvi fəsad və ziyan qeydə alınmasa da şəhər sakini Ünbülbanı Məmmədovaya məxsus iki mərtəbəli evin 1-ci mərtəbəsi tamamilə yararsız vəziyyətə düşüb.

Əlverişsiz hava şəraiti nəticəsində rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaransa da, səhər saatlarından etibarən, problem tam aradan qaldırılıb.

Rayonun əksər ərazisini suyla təmin edən Tala çayına gələn sel su xəttlərinədə xeyli ziyan vurub.

İstixəbər.info İnformasiya Portalı

loading...