BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SHXÇDX anbarında axtarış : Hərbi sursat tapıldı – foto


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avqustun 7-də saat 15:19-da Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətindən və 15:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonunun Səməd Vurğun küçəsi, 8 ünvanında üç minanın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan İstixəbər.info saytına bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və Goranboy Rayon Polis şöbəsinin əməkdaşları ərazidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) anbarına baxış keçiriblər. Təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri üç təlim minası (2 ədəd TM-62M və 1 ədəd TM-62P3) aşkarlayıblar. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların tapıldığı yerin ətrafında 10 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ANAMA tərəfindən yanvarın 1-dən avqustun 7-dək Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Bərdə, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonlarında, Bakı, Gəncə və Sumqayıt şəhərlərində 21 evə və həyətyanı sahəyə, 16 əkin sahəsinə və digər obyektlərə baxış keçirilib. Bu əməliyyatlar nəticəsində 3576 partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə yeddi mina və 73 kiloqramlıq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 108 min 915 kvadratmetr ərazi yoxlanılıb.

SHXÇDX anbarında axtarış
İstixəbər.info İnformasiya Portalı
loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26