BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Keçmiş deputatın evindən 10 min manatlıq qızıl oğurlandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yasamal rayonunda prezidentliyə namizəd olan professorun evindən qızıl-zinət əşyaları oğurlanıb.

İstixəbər.info saytının məlumatına görə, F.İbrahimbəyov küçəsi 12-də yaşayan Qulamhüseyn Surxay oğlu Əlibəylinin evindən 10 min manatlıq qızıl oğurlanıb. Bu barədə Yasamal RPİ-nin 27 Polis Bölməsinə zərərçəkən özü məlumat verib.   Q.Əlibəylinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

Xatırladaq ki, Q.Əlibəyli Azərbaycanda keçirilən seçkilərdə prezidentliyə namizəd, 1995-2005-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin professorudu.

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26