BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı-Şamaxı-Yevlax avtomobil yolu 4 zolaqlı olacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İstixəbər.info saytına verilən məlumata görə, yenidənqurma işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilir.

Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 104.5-ci km-də Pirsaatçay üzərindən salınacaq. Acıdərə çayı üzərində tikiləcək körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğunda olacaq. Artıq Pirsaatçay körpüsünün inşasına başlanılıb və körpünün dayaqlarının betonlanması işləri yekunlaşdırılıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bura xüsusi qrunt gətirilərək yol yatağının əlavə bərkidilməsi işləri görüləcək, dəmir-beton svaylar vurulacaq, monolit-beton istinad divarları inşa ediləcək, səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanallar inşa ediləcək.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

İstixəbər.info İnformasiya Portalı

loading...