BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ağstafada çoban odlu silahla bir nəfəri öldürdü — Həyat yoldaşını isə ağır yaraladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ağstafada ölümlə nəticələnən silahlı insident baş verib.

İstixəbər.info “Report”a istinadən xəbər verir ki, Köçvəlli kəndindəki fermaların birində çobanlıq edən rayonun 1960-cı il təvəllüdlü Qarayazı kənd sakini Akif İbrahimov tüfənglə yerli sakin Sakit Nəsibovu vuraraq qətlə yetirib.

Hadisəni törədən şəxs ardınca Qazaxdan olan ikinci həyat yoldaşı Şərifə Həmşəyevaya atəş açaraq onu ağır yaralayıb. Qadın xəstəxanaya aparılıb. İlkin ehtimala görə, hadisə xəyanət üstündə baş verib.

Cinayəti törədən A. İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...