BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təzyiqi olanlara xəbərdarlıq…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hələ ki, dünyada insanların ölümünə səbəb olan xəstəliklərin siyahısında birinci yeri infakrt və insult tutur. Belə deyək, 10 nəfərdən 6-sı ürək və ya beyin qan dövranı pozulmasından dünyasını dəyişir. ” Sakit, lal qatil” adlandırılan hipertoniyanın səbəb olduğu təzyiq sıçrayışları ürək və beyin damarlarını yükləyir.

İstixəbər.info medicina.az-a istinadən Türkiyənin tanınmış kardioloqu, professor Zafer Gülbaş təzyiq sıçrayışlarından necə qorunmaq barədə fikirlərini təqdim edir:

” Təzyiq sıçrayışları təkcə yaşlı insanlarda olmur. Hipertoniya xəstələrinin əksəriyyəti yuxuda olarkən infarkt və ya insult olur və ölür. Hipertoniklərin 67%-I xəstə olduqlarından xəbərsizdir. Bəzən təzyiq azca yuxarı qalxır və ya uzun müddət aşağı olub xəstəni çaşdırır.

Kardioloqlar aşağıdakı əlamətlərdən 3-nün bir insanda cəmləşməsini artıq hipertoniya və təztiq sıçraması kimi qəbul edir.
Siz də Baxın, bu əlamətlərə görə sizdə hipertoniya olduğunu müəyyənləşdirə bilərsiniz:
•Baş ağrıları
•Sürətli ürək döyünmə
•Göz qarşısındakı qara nöqtələr
•Apatiya, qıcıqlanma, yuxululuq
•Aydın olmayan görmə
•Tərləmə
•Xroniki yorğunluq
•Üzdəki şişkinlik
•Barmaqların keyimə və əsməsi
•Təzyiq sıçrayışları
Uzun illərin müalicə təcrübəsi göstərmişdir ki, hipertoniya xəstəliyinin müalicəsinə başlamaq üçün ən yaxşı zaman yayın sonu, payızın əvvəlləridir.

Orta temperaturun normada olması sayəsində, maddələr mübadiləsi və qanın damarlarda sirkulyasiyası sürətlənir, preparat istifadəsinin effekti daha da artır. Hipertoniyanın müalicəsi, ilin digər fəsilləri ilə müqayisədə 47% daha sürətli baş verir.

Yeganə demək istədiyim budur ki, öz həyatınıza biganə qalmayın. Razılaşın ki, xəbəriniz belə olmadığı xəstəlikdən ölmək – çox üzücüdür. Özünüzü, əlamətlərə əsasən yoxlayın və əgər uyğunluq varsa – mütəxəssisə müraciət edib, uyğun dərman müalicəsinə başlayın.

İstixəbər.info İnformasiya Portalı

loading...