BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Lerik meşəsindəki yanğın söndürülüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün günorta saatlarında Lerik meşəbəyliyində baş verən yanğın söndürülüb.

İstixəbər.info saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, mürəkkəb relyefli, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və rayon sakinləri cəlb olunub.

Yanğın 18:00 radələrində söndürülüb və 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

İstixəbər.info İnformasiya Portalı

loading...