
Bakıda sərnişin dolu avtobus yanacaqdoldurma məntəqəsinə çırpılıb.
İstixəbər.info musavat.com-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında 143 saylı marşrut avtobusu (10-TG-614) yoldan çıxaraq “Avtovağzal dairəsi” nin yaxınlığında yerləşən “Ozan” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.
Qəza nəticəsində marşrut avtobusu yanacaq paylayan qurğuların birinə çırpılıb, qurğu yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə zamanı partlayış baş verməyib, eləcə də avtobusdakı sərnişinlərdən heç kim xəsarət almayıb.
Hadisənin sürücü diqqətsizliyi ucbatından baş verdiyi ehtimal edilir.
İstixəbər.info həmin videonu sizlərə təqdim edir:
More Stories
Azərbaycanda tələbə qızı otelə gətirdi – Cinsi əlaqə zamanı video çəkdi
“EuroHome” də yanğın söndürüldü – RƏSMİ
“EuroHome”da dəhşətli yanğın: Təyyarə və 3 helikopter cəlb olundu – FOTO+VİDEO