BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qarabağ” 1 milyondan çox qazandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Qarabağ” klubunun cari mövsümdə Çempionlar Liqasından əldə etdiyi qazancı müəyyənləşib. Azərbaycan təmsilçisi III təsnifat mərhələsinə yüksəlməsi qarşılığında artıq ümumilikdə 1,14 milyon avroya sahib olub.

İstixəbər.info xəbər verir ki, bu məbləğin 280 min avrosu Azərbaycan çempionunun Avropanın ən nüfuzlu klub turnirində iştirak etməsi səbəbindən çatacaq. Daha 380 min avro I təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını üstələdikdən (1:0, 0:0) sonra klubun hesabına daxil olacaq. 480 min avro isə II təsnifat mərhələsində Albaniya  “Kukesi”ni (0:0, 3:0) keçməsi ilə əlaqədar qazanılıb.

 Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə üz-üzə gələcək.
İstixəbər.info İnformasiya Portalı
loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26