BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

XUDAT SAKİNİNİN EVİNDƏN MARİXUANA AŞKARLANDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xudat şəhər sakini T.Sultanovaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkisi və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə evdən ümumi çəkisi 405 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən hündürlüyü 180 sm olan 1 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26