BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanlı hakim Ermənistanda oyuna təyinat aldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

İstixəbər.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Kişinyov şəhərində keçiriləcək Belarus, Ermənistan və Moldova milli komandalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək.

Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb.

“Mostar”, “Futsal Gentofte”, “Maccabi Nahalat Yitzhak Tel Aviv” və “Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Herseqovinada təşkil ediləcək.

İstixəbər.info İnformasiya Portalı
loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26