BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Pay torpağında “narkotika bağı” salmışdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə polis əməkdaşları tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Belə ki, qəsəbə sakini Elnur Məmmədova məxsus pay torpağında böyürtkən kollarının arasında xüsusi hazırlanmış sahədə kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 23 kiloqrama yaxın hündürlüyü 90-130 sm olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-da araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...