BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

AĞDAŞDA OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İyulun 28-də AğdaşRPŞ-yə ərizə ilə müraciət edən rayon sakini evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirmişdir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilmişdir. Ə.Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilmiş və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf etmişdir.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26