BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.

İstixəbər.info xəbər verir ki, müraciətdə  Bakı şəhərinin inzibati ərazisində dayanma-durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı vətəndaşlara xidmət amili əsas götürüləcək.

“Səlahiyyətlərin icrasına başlamazdan əvvəl zəruri olan prosedurlar icra edilməkdədir. Məqsədimiz heç də sürücüləri dayanma-durma qaydalarına əməl etmədikləri üçün inzibati məsuliyyətə cəlb etmək deyil. Əvvəlcə mütləq şəkildə geniş maarifləndirmə işləri aparılmalıdır ki, artıq bu istiqamətdə də müəyyən layihələr həyata keçirilir. Düşünürük ki, maarifləndirmə işini düzgün qurmaqla, eləcə də sürücüləri vaxtında məlumatlandırmaqla onları yol hərəkəti qaydalarına əməl etməyə sövq etmək mümkün olacaq. Bakı Nəqliyyat Agentliyi, eyni zamanda bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir birimizə qarşı anlayışlı olmağa səsləyir. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkət etmək daha rahat, maneəsiz və təhlükəsiz olacaq”, – deyə məlumatda vurğulanıb.

İstixəbər.info İnformasiya Portalı

loading...