BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubada güclü yanğın, alovlar meşəyə də keçdi YENİLƏNİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək  sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib. Bu barədə İstiPress-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri  cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

Saat 16:34

Bu gün günorta saatlarında Azərbaycanın Şimal bölgəsində güclü yanğın başlayıb.

İstixəbər.info İstiPress-in Şimal bürosunun məlumatına istinadən xəbər verir ki, yanğın ilk olaraq Quba rayonunun Qonaqkənd kəndi ərazində olub.

Quba Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının 1-ci müavini Aydəmir Manafovun verdiyi məlumata görə, yanğın biçilmiş taxıl sahəsindən başlayıb. Daha sonra meşə zolağına keçib. Rayonun İsnov kəndində yanğın başlayıb.

İsti hava və müşahidə eidlən külək alovların yayılmasına səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və canlı qüvvə cəlb edilib. Kənd sakinləri də yanğının qarşısını almağa çalışır.

Yanğınlar Şabranda da müşahidə edilir. Buradan alovlar Siyəzən və Xızıya da keçib.

İstixəbər.info İnformasiya Portalı

loading...