BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Süpürgəçi qadını vuran “KAMAZ” sürücüsü həbs edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Süpürgəçi qadını “KamAZ”la vurub öldürən sürücünün məhkəməsi başa çatıb. Dünyasını dəyişən süpürgəçinin və övladlarının fotosu uzun müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusu idi.

İstixəbər.info xəbır verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində süpürgəçi qadını vurub öldürən “KamAZ” markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən X.Musayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Zaur Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalındaca həbs edilib.

Xatırladaq ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.

“KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hadisəni törədən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

İstixəbər.info İnformasiya Portalı

loading...