BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nazirlik erməni müğənninin Bakıya gəlməsinə münasibət bildirdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Nazirlik 2017-ci ildə mədəniyyət xadimlərinin, musiqiçilərin eyni zamanda turistlərin gəlişi baxımından o tədbirin beynəlxalq televiziya kanallarında təbliğinə və yayımına dəstək verib”.

İstixəbər.info xəbər verir ki, bu sözləri Hədəf14.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

Onun sözlərinə görə, nazirlik digər məsələlərdə iştirak etməyib: “Həmin məsələləri, yəni festivalın proqramını, yaradıcı heyyətini təşkilatçılar özləri müəyyənləşdirir. Bu il də yenə “Jara” festivalı ilə anlaşmamız olub. Ancaq beynəlxalq televiziya kanallarında yayımlanmasına dəstək göstərəcəyik”.

Qeyd edək ki, 26-29 iyul tarixlərində start götürəcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalında erməni əsilli müğənni Zara Mgoyanın da iştirakı insanlar tərəfindən birmənalı qarşılanmayıb. Hətta xalq artisti Flaora Kərimova da müğənninin Bakıya gəlməsinə etiraz edib.

İstixəbər.info İnformasiya Portalı

loading...