BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı metrosunda qatar sərnişini vurdu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.

İstixəbər.info xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat verirb. Beləki, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada dayanan gənci vurub.

Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov faktı təsdiqləyib: “Bu gün saat 13:41-də “Neftçilər” stansiyasına daxil olarkən qatarın güzgüsü platformada dayanan gəncə dəyib. Sərnişin hüdud səddini keçdiyindən və stansiyanın girişində dayandığından sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub”.

İstixəbər.info İnformasiya Portalı

loading...