BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mikroavtobusla minik avtomibili toqquşub: Ölən var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

İstixəbər.info xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

“Mercedes” markalı mikroavtobusla “VAZ 2107” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə deyib. Qəza zamanı “VAZ 2107″in sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığından bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı
loading...