BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən İstixəbər.info saytına verilən məlumata görə, valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən  yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Prokurorluq ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmağı tövsiyə edib.

İstixəbər.info İnformasiya Portalı

loading...