BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İyulun 21-dən Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
İyulun 21-dən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi-“Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayacaq.
Bakı Nəqliyyat Agentliyindən İstixəbər.info saytına verilən məlumata görə, müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma “BakuBus” MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək.
Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə olacaq: “Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib”.
İstixəbər.info İnformasiya Portalı
loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26