BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı-Qusar marşrutu ilə Nissan avtomobilinin toqquşma səbəbi…- RƏSMİ AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı-Qusar marşrutu ilə hərəkət edən 10–UZ–751 nömrəli Hunday markalı sərnişin avtobusu 90 LO 148 nömrəli Nissan markalı minik maşını ilə toqquşub.

İstixəbər.info xəbər verir ki, 10–UZ–751 d/q nişanlı, Hüseyn Abbasov adlı fiziki şəxsə məxsus Hyundai County Bakı-Qusar marsrutu ilə hərəkət edən zaman Nissan Xtrail lə toqquşub. Marşrut xətti ilə hərəkət edən avtobus saat 8:00-da 28 nəfər sərnişinlə Avtovağzaldan cixib. “ANDT” MMC-dən daxil olan məlumata görə sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola çıxıb. İlkin ehtimallara əsasən Quba yolunun 142-ci kilometrliyində Nissan markalı minik maşınının sürücüsü yolun qaşınması və yüksək sürət səbəbi ilə idarəetməni itirərək qəza hadisəsi törədib. NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin daşımalarının tənzimlənməsi sektorunun müdiri Arif Məmmədov və “ANDT” MMC-nin rəisi Elnur Mahmudov hadisə yerində olublar.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib.

Qəza yerindən fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26