BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qarpızın qiyməti bahalaşdı. 1kq-ı ………


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Havaların kəskin isti keçməsi qarpızın qiymətinin bahalaşmasına səbəb olub.

Belə ki, son 2 gündə qarpızın 1 kiloqramında 30-40 qəpik bahalaşma qeydə alınıb.

İstixəbər.info xəbər verir ki, bu barədə  fermerlər qarpızın bahalaşmasının səbəbini açıqlayıblar. Onlar bunu iki amillə əlaqələndirirlər. Birincisi, ötən ilə nisbətən bu il qarpız tarlalarının az olması və sözügedən ərazilərin pambıq sahələri ilə əvəz edilməsidir. İkincisi isə son günlər havaların kəskin isti keçməsidir. Belə ki, azot gübrəsinin qarpız tarlalarına həddindən artıq vurulması və havanın temperaturunun 40 dərəcədən çox olması, qarpız tarlalarının məhv olmasına səbəb olub. Artq Bakı və rayonlarda qarpızın bir kilosu 50-60 qəpik arasında dəyişir.

Qeyd edək ki, bir neçə gün bundan öncə qarpızın bir kiloqramı 20-30 qəpiyə satılırdı.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26