BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“TOPAZ” DAN OGURLUQ EDƏN ŞƏXS SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun polis leytenantı Nizam Həmidovun İstixəbər.info saytının Şimal bürosuna verdiyi məlumata görə, iyulun 8-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Yalama Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində üç gün əvvəl Xudat şəhəri ərazisində yerləşən “Topaz” məntəqəsinin xəzinəsindən qizli yolla 160 manat pul ogurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun Quba ərazisində yerləşən başqa bir “Topaz” məntəqəsindən 180 manat və Xudat şəhər ərazisində yerləşən kafelərin birindən 25 manat oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı N.Məmmədov törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı araşdırmalar aparılır.

Nizami Məmmədovun başqa bölgələrdə analoji cinayətləri törədib törətməməsi araşdırılır. Onun cinayət əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin aidiyyəti üzrə Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

İstixəbər.info İnformasiya Portalı Quba 2018-ci il

Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26