BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycan Dəmir Yolları”  QSC sərnişinlərə müraciət edib.

“Azərbaycan Dəmir Yolları”ndan İstixəbər.info saytına verilən məlumata görə, QSC-nin  Sərnişin daşımaları Departamenti sərnişin qatarlarına bilet satışı xidmətinin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Bakı dəmir yolu vağzalında yerləşən tranzit dəmir yolu kassasında Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən     Azərbaycana gələn  sərnişin qatarlarına bilet satışı həyata keçirilir.

Bilet satışı Bakıdan beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına qatarın yola düşməsinə 10 gün, Tbilisidən Bakıya 40 gün, Moskvadan və Rostovdan Bakıya 45  gün, Kiyevdən Bakıya 30 gün, Rusiya ərazisində hərəkət edən sərnişin qatarlarına 90 gün qalmış  başlayır.

İstixəbər.info İnformasiya Portalı

loading...