BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Günnüt istiqamətində hərbçiləri daşıyan maşın qəzaya düşüb. Ölən və yaralılar var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu Naxçıvanda yol qəzasında ölüb, 11-i yaralanıb.

İstixəbər.info xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Günnüt kəndi istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçuları daşıyan BMC markalı avtomobil iyulun 5-i saat 18:30 radələrində qəzaya düşüb. Nəticədə 3 hərbçi həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Döyüş tapşırığını yerinə yetirib qayıdarkən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan hərbi qulluqçular iyulun 6-da yüzlərlə gəncin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında doğulduqları kəndlərində son mənzilə yola salınıblar.

Yol-nəqliyyat hadisəsində həyatını itirən hərbçilərdən 1991-ci il təvəllüdlü, baş leytenant Hümmətov Orxan Bayram oğlu Tovuz rayonunun Qaraxanlı kəndində, 1995-ci il təvəllüdlü, gizir Həsənli Novruz Nəbi oğlu Şərur rayonunun Maxta kəndində, 1987-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Seyidov Raman Mirsalam oğlu Şərur rayonunun Danyeri kəndində dəfn edilib.

Allah rəhmət eləsin.

İstixəbər.info İnformasiya Portalı

loading...