BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BAYRAM TƏDBİRİNDƏ YENİ BİNA İSTİFADƏYƏ VERİLDİ – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun polis leytenanatı Eşqin Qasımovun İstixəbər.info saytına verdiyi məlumata görə, iyul ayının 2-də Göygöl Rayon Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. Əvvəlcə şöbənin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə tər çiçəklər düzüblər. Rayon Polis Şöbəsində davam edən tədbiri Göygöl Rayon Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev açaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. O, Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yola nəzər salıb. O, qeyd edib ki, prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində son illər daxili işlər orqanlarının müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunması, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşıdırılması istiqamətində böyük işlər görülüb, onlarca yeni obyektlər tikilərək istismara verilib. Bütün bunlar isə ilk növbədə şəxsi heyəti vəzifə borcunun icrasına ruhlandırır.

Sonra şöbənin inzibati binasının nəzdində yeni tikilən binanın açılış mərasimi olub.Mərasimdə çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qeyd edib ki, yeni binanın istifadəyə verilməsi şəxsi heyətə dövlət qayğısının əyani təzahürüdür. O, əmin olduğunu bildirib ki, əməkdaşlar bu ali diqqət və qayğıya, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfələrini verəcəklər.

Daha sonra tədbir iştirakçıları yeni binaya baxış keçiriblər.

Məlumat üçün qeyd edək ki, inşasına ötən ilin oktyabrında başlanılan 1 mərtəbəli kürsülü inzibati binanın ümumi sahəsi 400 kvadratmetrdir. Ən müasir standartlara uyğun olan, 13 xidməti otağa sahib olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Binada ventilyasiya, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb

Tədbirdən fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Göygöl 2018-ci il

loading...