BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəhid anasını küçə söyüşləri təhqir edən məmur döyüldü- YEVLAXDA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sakinlər şəhid anasını təhqir edən məmuru döydülər “Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev şəhid anasını küçə söyüşləri ilə təhqir etdiyi üçün, sakinlər tərəfindən döyülüb.

İstixəbər.info xəbər verir ki, “Aqrolizinq ASC” – nin Yevlax regional filialının direktoru Sədaqət Ağayev, Yevlax rayon Səmədabad kənd sakini şəhid anası Sənəm Əliyevanı küçə söyüşlərilə təghqir etməsinə sakinlər biganə qalmayıb. Söydüyü söyüş, direktora baha başa gəlib. Sədaqət Ağayev bir neçə gündür ki, rayonun Səmədabad kəndində biçin aparan kopmbaynın mexanizatorına işini yarımçıq saxlayaraq, Tanrıqullar kəndində olan dostunun sahəsini biçməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinlər kombaynın qarşısını kəsərək, kənddə çıxmasına əngəl olublar. Sakinlərin bu etirazı Sədaqət Ağayevin xətrinə dəyib. O, bildirib ki, həmin kombaynı 10 gün boş saxlamaq olsa da, Səmədabad kəndində biçin aparmayacaq.

Kənd sakinlərinin müraciəti zamanı yaşlı heç olmasa şəhid ailəsi Sənəm Əliyevanın yerinin biçilməsini xahiş edən sakinlərə sərt cavab verən Sədaqət Ağayev (- Şəhid ailələrinin ağzını …….) deyə küçə söyüşləri söyüb. Bu söyüşdən hiddətlənən sakinlər, Aqrolizinqin direktorunu yaxşıca əzişdiriblər.

İstixəbər.info İnformasiya Portalı olaraq Aqrolizinq ASC” – nin Yevlax regional filialının direktoru Sədaqət Ağayevlə əlaqə saxladıq. “Mən heç bir şəhid ailəsini təhqir etməmişəm. Mənim nə həddimə ki, mən şəhid ailələrini təhqir edəm? Şəhidlər bizim üçün döyüşüb, şəhid olublar. Hadisə bu səbəbdən baş verməyib. Hadisə kombayn çatışmamazlığı üstündə baş verib.” deyə Sədaqət bəy bildirdi.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırılma aparılır.

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26