BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudat sakinlərinin problemi sabah həll onunacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudat şəhər sakinləri tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Şikayət məktubunda deyilir:

Hörmətli İstixəbər.info İnformasiya Portalı!

Yazıb sizə bildidiririk ki, Xudat şəhərində artıq iki gündür kanalzasiya xəttlərində baş verən partlayış nəticəsində yollarda bərbad bir vəziyyət yaranıb. Həmdə həmin ərazidə ifunət qoxusundan durmaq olmur. Sizdən artıq dərəcə xahiş edirik bizim bu şikayətimiz araşdırıb, içtimailləşdirəsiniz.

Bununla bağlı İstixəbər.info saytı Xudat şəhər inzibati ərazi vahidliyinin sədri Akif Mərdanovla əlaqə saxladıq. Akif bəy bildirdi ki, rayon rəhbərliyi hadisə yerində olub. Bununla bağlı tapşırıqlar verib. Bu problem bizim səlahiyyətimizdə yox Su Kanalzasiya idarəsinin səlahiyyətindədir.

Məsələni dəqiqləşdirmək üçün Su kanalzasiya idarəsinin sədri Teyyub Sultanovlada əlaqə saxladıq. Teyyub bəy qeyd etdi ki, həmin problemdən məlumatlıdır. Əhalini narahat edən problem sabah öz həllini tapacaq. Bizdə olan texnikaların bu problemi aradan qaldırmağa  gücü çatmadığından “Azərsu ASC” -nə müraciət etmişik, onlar sabah Bakıdan xüsusi texnikalar göndərəcəklər və problem sabah həll olunacaq.

Sakinlərin redaksiyamıza göndərdiyi fotoları sizlərə təqdim edirik:

Mövzunu araşdırmaqda davam edəcəyik.

İstixəbər.info İnformasiya Portalı Xidat 2018-ci il

Baş redaktor: Rəşad Ağaşirinov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26