BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xaçmaz rayonunda Azərbaycan Polisinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Polisinin 100 illik yubileyi münasibəti ilə Respublikamızda olduğu kimi Xaçmaz rayonunda da tədbir keçirilib.

İstixəbər.info saytının Şimal bürosundan verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.

Tədbirdə Xaçmaz RİH-nin başçısı Şəmsəddin Xanbabayev, RİH-nin başçısının 1-ci müavini İlhamə Nəzərova, RPŞ-nin rəisi, polis polkovniki Nofəl Məhərrəmov, RPŞ-nin rəisnin 1ci müavini, polis polkovnik leytenantı Amil Tahirli, RPŞ-nin rəisinin şəxsi heyət üzrə müavini, polis polkovniki Teymur Mehvalıyev, Milli Məclisin üzvü Eldəniz Səlimov, Rayon prokuroru Elxan Əbdürrəhmanov, Xaçmaz rayon Dəmir Yol xətt Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Həmid Həmidov və başqaları iştirak ediblər.

Təbdirdə çıxış edənlər Azərbaycan Polisinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan polisini təbrik edib, onların keçdiyi yol, şərəfli tarixi barədə məlumat veriblər.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən polis əməkdaşlarına mükafatlar təqdim olunub.

Tədbirdən fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Xaçmaz 2018-ci il
Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26