C. Dek 13th, 2019

Reabilitasiya müəssisəsinin azyaşlı sakinləri ilə hərbçilərin görüşü olub- FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb.
İstixəbər.info xəbər verir ki, görüşdə uşaqlar hazırladıqları əl işlərini əsgər və zabitlərə hədiyyə ediblər. Hədiyyələr, xüsusilə “Azərbaycan əsgəri”, “Azərbaycan bayrağı”, “Sülh göyərçini” rəsmləri maraqla qarşılanıb. Uşaqlar Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirib, əsgərlərlə birgə rəqs ediblər.
Qeyd edək ki, Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyəti baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların dövlət qayğısı ilə təmin edilməklə, normal həyata qayıdışına imkan yaradılması, onların təlim-tərbiyə sistemi ilə əhatə olunmaları məqsədinə xidmət edir. Ötən il fəaliyyətə başlayan müəssisəyə 66 uşaq qəbul edilib ki, onların əksər hissəsi artıq reabilitasiya olunub. Hazırda burada 17 uşaqla reabilitasiya işləri davam etdirilir.
Görüşdən fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı