BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şabran sakininin evindən Kannabis bitkiləri aşkarlanaraq götürülüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Şabran Xətt Polis Məntəqəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun polis leytenantı Nizam Həmidovun İstixəbər.info saytının Şimal bürosuna verdiyi məlumata görə, iyunun 27-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Şabran Xətt Polis Məntəqəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Telman Alışovun yaşadığı evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə – Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 2 kilo 525 qram təşkil edən hündürlüyü 20-150 sm olan 15 ədəd çətənə kolu və sellofan torbada ümumi çəkisi 70 qram olan qurudulmuş marixuana aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı həmin şəxs çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

İstixəbər.info İnformasiya Portalı Şabran 2018-ci il

Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...