BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Quba və Xaçmazda reyd keçirilib.- Foto


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏZİLİYİNİN TƏMİNİ MƏQSƏDİLƏ REYD KEÇİRİLİB.

DİN Mətbuat Xidmətinin Quba rayonu regional qrupunun polis leytenantı Nizam Həmidovun İstixəbər.info saytının Şimal bürosuna verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Quba və Xaçmaz Dövlət Yol Polisi bölmələri, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX-nin 2-ci tağımı tərəfindən Quba rayonunda reyd keçirilib. Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Saxlanılan zaman 30-dan çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.
Yollarda sürücülərin piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər həftə ərzində rayon ərazisində davam etdiriləcək.

Reydən fotoları sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Quba 2018-ci il

Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...