BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bələdiyyə ilə qaçdı-tutdu oynayan sakinlər.. Foto+video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info  xəbər verir ki, Xaçmaz rayonu Qusarçay kəndindən Dədəli, Palıdlı, Nağıoba və  s. kəndlərə gedən yolun sağ tərəfində topa–topa və səpələnmiş halda olan zibillik gözümüzdən yayınmadı. Nəzərinizə çatdırmaq istəyirəm ki, həmin zibillik düz dəmir yolu xəttinin yaxınlığında daha doğrusu qorunma zolağı ərazisində məskən salıb. Ölkəmizdən xaricə gedən bütün sərnişin qatarları həmin qatarlarda sərnişin kimi gedən turistlər və s.  hamısı bu ürək bulandıran mənzərəni demək olar ki? müşahidə edirlər. Zibilliyin əsasını isə məişət tullantıları təşkil edir. Bəs bu zibilliyin bu qədər böyüməsinə və qorunma zolağında olmasına səbəb nədir? Suallarımızı Qusarçay kənd Bələdiyyəsinin sərdi Sadıq Alışov cavablandlrdı: Sadiq müəllim deyir ki, həmin ərazi dəmiryol xəttinin qorunma zolağıdır. Neçə dəfələrlə həmin ərazini təmizləmişik. Yaxında yaşayan əhali ilə söhbətlər aparmışıq ki, bu əraziyə zibil atmaq olmaz. Sadıq bəy bəs ərazini kimlər zibilləyir? Sizə deyim ki, həmin ərazi yol qırağı olduğundan aşağı kəndlərdən gələn insanlar zibili məhz həmin əraziyə tullayaraq gedirlər. Bir neçə dəfə həmin insanlara şifahi xəbərdarlıq etmişik, atdıqları zibili təmizlətmişik. Amma sakinlər yenədə zibili aidiyyatı üzrə yerə yox , məhz yol qırağına tullayırlar. Belə desək, bizlə qaçdı-tutdu oynayırlar. Neçə dəfələrlə dəmiryol xəttinin rəisi də həmin ərazidə olub. Ərazidə xidmət aparan polis əməkdaşlarında tapşırılıb ki, zibil atmağa imkan verməsinlər. Amma əfsuslar olsun ki, həmin zibili ora nəqliyyat vasitələrilə hərəkətdə olan sakinlər, əsasən də gecə saatlarında tullayırlar. Xəbərdarlıqlarımıza baxmayaraq hələki bir nəticəsi olmayıb. Biz də həmin insanları tuta bilmirik.. Sizin sayt vasitəsilə həmin insanlara çatdırmaq istəyirəm ki, bizim tərəfdən hansısa şəxs həmin əraziyə zibil atan vaxtı müşahidə etsək qanun çərçivəsində  tədbir görüləcəkdir. Artıq həmin ərazidə hansısa yazılı şəkildə xəbərdarlıq nişanı qoymaq fayda vermir.

Sadıq müəllim sonda onuda söylədi ki, həmin ərazi iki gün ərzində tamamilə yenidən təmizlənəcək və əraziyə yol buyu mühafizə xətti çəkiləcək.

İstixəbər.info saytı olaraq mövzunu diqqətimizdə saxlayırıq və ərzidə çəkilmiş video matrealı sizə təqdim edirik..

İstixəbər.İnfo İnformasıya Portalı Xaçmaz 2018-ci il

Rəşad Ağaşirinov: Baş redaktor

loading...