BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Avtomobili oğurlayıb kanala atdı-Ağcabədidə


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

AVTOMOBİL OĞURLAYAN ŞƏXS SAXLANILDI

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun polis leytenantı Aslan Qiyaslının İstixəbər.info saytına verdiyi məlumata görə, cari ilin yanvar ayında Ağcabədi rayon sakini Sədi İbrahimov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilinin oğurlandığı barədə məlumat verib.
Məlumatla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılıb. Araşdırmalarla oğurlanan maşının Beyləqan rayon ərazisində kanala atıldığı müəyyən edilib. Oğurlanan maşın götürülərək sahibinə qaytarılıb.
Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli Abşeron rayon sakini Rəşad Səlimli saxlanılıb. R. Səlimli dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı Ağcabədi 2018-ci il

 

loading...