BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Quba Rayon Polis Şöbəsinin əməkdaşları çətinə düşən, kömək uman vətəndaşların köməyinə tez yetişir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ONLAR KÖMƏYƏ TƏLƏSİRDİLƏR

Azərbaycanın dilbər güşələrdən olan Quba rayonu öz təbiəti ilə hər zaman yerli və xarici turistləri özünə cəlb edib. Yay-qış qonaq-qaralı olan bu yerlər gələnləri gözəl mənzərələri ilə valeh edir. Yazda bu yerlərə üz tutanlar təbiətin şıltaqlığının şahidi olurlar. Zümrüd meşələrin damaşasından doymaq olmur. Dağların qarı əridikcə çaylarda sellər-sular artıb cövlan edir.

İstixəbər.info xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları çətinə düşən, kömək uman vətəndaşların köməyinə tez yetişir. Belə ki, son günlər ərzində intensiv yağışların yağması və dağlarda qarların əriməsi nəticəsində dağlıq ərazidən keçən Vəlvələ çayında suyun səviyyəsi bir qədər qalxaraq ətraf əraziləri su altında qoyub. Rayonun dağlıq ərazilərində yerləşən kəndlərə gediş-gəliş çətinləşib, bəzən də maşınlar çayların ortasında qalırlar. Dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Quba RPŞ-nin Qonaqkənd Polis Bölməsinin əməkdaşları artıq belə təbiət hadisələrinə öyrəşiblər. İnsanların köməyinə gəlir, yollarda çətinə düşənlərin təxliyyəsi, evlərinə çatmaları üçün əllərindən gələni əsirgəmirlər. Bu ərazilərin yerli sakinləri və gələn qonaqlar polislərimizi özlərinə arxa-dayaq, xilaskar kimi görürlər.

Kənd sakini İlqar Rüstəmov da belə sakinlərdən biridir. Maşını yolsuzluq şəraitinə uyğun olsa da çayı keçəndə selin cəngində aciz qalıb. Kömək üçün müraciət etdiyi ərazidə xidmət aparan Qonaqkənd Polis Bölməsinin əməkdaşları yerli sakini köməksiz qoymayaraq onun avtomobilini xidməti avtomobillə sudan çıxarıblar.

Digər bir şəxs isə kəndin ən yaşlı sakinlərindən olan Nurbala kişidir. Bir həftə əvvəl çaydan keçərkən avtomobili suda nasazlayıb. Köməyə yenə xalqına qürürla xidmət edən həmkarlarımız çatıb. Ağsaqqalın sözlərinə görə polislərimiz tək yay-yaz vaxtlarında deyil, qışın sərt keçdikləri aylarda da yerli sakinlərin hər zaman yanındadılar. Bizi görəndə onlar Quba RPŞ-nin və Qonaqkənd PB-nin şəxsi heyətinə öz təşəkkürlərini bildirdilər, Azərbaycan Polisinin 100 illiyi münasibətilə bütün ölkəmizin asayiş keşikçilərinə ən xoş arzularını çatdırdılar.

İstixəbər.info İnformasiya Portalı Quba 2018-ci il

Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...