BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Quba və Qusar rayonlarında torpaqların elektron kadastr məlumat bazasının yaradılması nəzərdə tutulur


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba və Qusar rayonlarında torpaqların elektron kadastr məlumat bazasının yaradılması nəzərdə tutulur.

Komitədən İstixəbər.info saytına verilən məlumata görə, Qusarda elektron kadastr uçotunun aparılması torpaqların təyinatı, kəmiyyət və keyfiyyət göstəricisi üzrə real elektron kadastr məlumat bazasının yaradılmasına və dəqiq xəritələrin tərtibinə səbəb olacaq. Buradan torpaqların qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərin daha çox iqtisadi fayda verəcəyi müəyyənləşəcək.

Qeyd edilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin tətbiqi ilə mövcud torpaq sahəsinin hazırkı real sahə ölçüsü ilə, hüquqmüəyyənedici sənədlərdəki leqal ölçüləri arasında mövcud uyğunsuzluqlar aradan qalxacaq. Həyata keçirilən bu layihə nəticəsində torpaq idarəetməsində dövlət nəzarəti daha da təkmilləşəcək. Belə ki, elektron kadastr məlumatları qanunsuz tikililərin, zəbt olunmuş, istifadədən kənar qalan torpaq sahələrini müəyyənləşdirməyə şərait yaradacaq. Eləcə də bu sistemin hər iki rayonda istifadəyə verilməsi vətəndaşların əmlaklarına dair çıxarış alması prosesini daha sadə və çevik həyata keçirməyə imkan yaradacaq.

Tədbirdə rayon üzrə  reallaşacaq olan elektron kadastr məlumat bazasının tətbiqi  və rəqəmsal xəritələr ilə bağlı iştirakçıları maraqlandıran suallar layihənin mütəxəssisləri tərəfindən cavablandırılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...