BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax rayon məktəblərində “SON ZƏNG” günü qeyd edilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Təhsil Nazirliyinin əmrinə əsasən , 2017-2018-ci tədris ilinin yekunu ilə əlaqədar bu gün ümumtəhsil məktəblərində “Son zəng” günü qeyd edilir. Bir çox rayonlarda olduğu kimi, Yevlax rayonunda da “Son zəng” tədbirləri təmtəraqlı təşkil edilib.

İstixəbər.info xəbər verir ki, rayonun bütün orta məktəblərində keçirilən “Son zəng” tədbirlərində Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbirlərlərdə çıxış edənlər müstəqil həyata qədəm qoyan məzunları bayram münasibəti ilə təbrik ediblər. Onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Sonda “Son zəng” tədbirində məktəblərin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışları nümayiş olunub. Məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını çatdırıblar.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26