BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QƏTLİ TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏNLƏR SAXLANILIB- Xaçmazda


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

QƏTLİ TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏNLƏR SAXLANILIB.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun  polis leytenantı Nizam Həmidovun İstixəbər.info saytınının Şimal bürosuna verdiyi məlumata görə, Xacmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrus ilə birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.
Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı Xaçmaz

Xüsusi müxbir: Xanlar Cəbrayılov

loading...