BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Müasir elektron ödəniş alətlərinin üstünlükləri, itirdiyimiz qəpiklərin aqibəti…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların əsas məqsədlərinə ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barəsində maarifləndirilməsi və alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyasının həyata keçirilməsi də daxildir. İctimaiyyətin ödəniş alətlərinin üstünlükləri və imkanları sahəsində maarifləndirilmə səviyyəsinin aşağı olması ölkədə yaradılmış infrastruktur imkanlarından daha səmərəli və effektiv istifadə edilməsini, banklar tərəfindən elektron ödəniş xidmətlərinin inkişaf etdirilməsini və bu sahədə innovativ texnologiyaların tətbiq edilməsini əngəlləyən səbəblərdən biridir. Kart sahiblərinin ödəniş kartının üstünlükləri, onun vasitəsi ilə həyata keçirilən əməliyyatlar, ödəniş kartından istifadə zamanı qarşılaşa biləcəkləri fırıldaqçılıq halları və bu hallara qarşı mübarizə tədbirləri və s. haqqında məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir.

Apardığımız sorğudan onu deyə bilərik ki, insanların çoxu nağsız ödəniş formalarından istifadə edir.

Lökbatan qəsəbə sakini Şahin Alcanov: Düzünü deyim ki, heç vaxt nağdsız ödəniş vasitələrindən, kartlarından istifadə etməmişəm. Əmək haqqımı kartla alıram. Buna baxmayaraq pulu bankomatdan çıxarıb nəğd xərcləməyi daha üstün tuturam.

Bakı şəhər sakini Ağa Ağayev-Xoşlamıram ki, kartımda pul qalsın. Neçə dəfələrlə olub ki, təcili pul lazım olub, pulun  kartda olduğundan mütləq bankomata getməli olmuşam.Təssadüf  olar ki, ancaq nəqliyyat vasitəmə yanacaq vuranda nağdsız ödəniş formasından istifadə edim.

Digər bir paytaxt sakini olan Cavid Babayev isə tam fərqli düşünən insanlardandır. Cavid bəy deyir ki, toylara, bəzən rayonlara istirahətə gedəndə nəğd formada pul çıxarıram. Yerdə qalan bütün əməliyyatları nağdsız formada həll edirəm. Bura kamunal xərclər, alış-veriş  ən əsası isə xaricə gedən zaman pulu cibimdə yox məhz plastik karta olması daha sərfəlidir.Cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin formalaşdırılması, əhaliyə elektron ödəniş xidmətlərindən və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin aşılanması, ödəniş kartlarının üstünlükləri və imkanları, habelə kredit təşkilatlarının, pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin və kart sahiblərinin hüquq və öhdəlikləri haqqında ictimaiyyətə daha ətraflı məlumatın təqdim edilməsi vacib şərtlərdən biridir. Bəs görəsən nağdsız hesablaşmaların məqsədi nədir? Nağdsız qaydada həyata keçirilən hesablaşmalar dedikdə nələr nəzərdə tutulur? Nağsız hesablaşmaların hansı əhəmiyyəti  nədir?

Suallarımıza cavabı bank sektoru üzrə mütəxəsis  Şöhrət Ağaşirinov cavablandırdı: İlk öncə sizə onu deyə bilərəm ki, mən özüm hər zaman nağdsız ödəniş formasından istifadə edirəm. Çünki bu üsulun üstün cəhətləri daha çoxdur. Ən üstün cəhəti pulun təhlükəsiz yerdə olmasıdır. Yəni pul cibindən hər zaman düşüb itə bilər,amma kartda isə bu mümkün deyil. Kart itən zaman  tez bir zamanda kartı blok etmək və yenisin əldə etmək mümkündür. Nəğdsiz hesablaşmaların üstən cəhətlərindən birini misal çəkmək istəyirəm. Bir sakin tutalım naqd qaydada marketdən alış-veriş edir. Sonda hesabı 15 manat 27 qəpik təşkil edir və satıcı həmin pulu sizə qaytara bilmir nədə siz onu xırda pul bilib almaqdan boyun qaçırırsız. Amma nağdsız ödəniş üsulunda isə, ödəniş qəpiklə belə olsa hesablanır. Ayda bir neçə dəfə marketə getsəniz qalıq olan qəpiklər məhz sizin kartınızda qalacaqdır . Nağdsız hesablaşmalarının ən önəmli cəhətlərindən biridə Respublika ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirən əsas amillərdəndir. Ümumiyyətlə nağdsız hesablaşmalar  dedikdə, aşağıdakılar nəzərdə tutulur: Bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürmələr o cümlədən ödəniş alətləri ödəniş kartları, ödəniş tapşırığı və s. və ödəniş vasitələri mobil telefon aparatları, kompüter və digər avadanlıq ilə həyata keçirilən hesablaşmalar,ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalarıda aid etmək olar…

Sonda belə bir nəticəyə gəlmək olarki, ölkədə nağd pul dövriyyəsinin miqyasının böyük olması iqtisadiyyatı iri həcmdə investisiya və kredit resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Eyni zamanda, nağd pul dövriyyəsinin üstünlük təşkil etməsi bır sıra struktur problemlərin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın aşağı olması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi və s. kimi problemlərin yaranmasına gətirib çıxarır . Onu da deyə bilərik ki,əhali hal-hazırda nağdsız ödəniş formalarından istifadə etməyə tam hazır deyil. Bunun üçün isə əhaliyə marifləndirmə və nağdsız ödənişi həyata keçirtmək üçün hər  cür şəratir qurulmalıdır.

(Bəzi məlumatlar Mərkəzi Bankın internet səhifəsindən götürülmüşdür)

İstixəbər.info İnformasiya Portalı Bakı şəhəri 2018-ci il

Baş redaktor: Rəşad Ağaşirinov

loading...