BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Saçlar vaxtından əvvəl niyə ağarır?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Saçlar vaxtından əvvəl niyə ağarır?

İstixəbər.info saytı olaraq həkim terapevt Pərvanə Fətullayevanın məqaləsini olduğu kimi dərc edirik.

Saçların ağarmasına səbəb melanin piqmentinin sintezinin tükənməsidir. Bu genetik kodlanaraq yaşlılarda müşahidə olunur və genetik – irsi olaraq bəzi insanların saçı vaxtından əvvəl ağarır ki, bunlar normal hadisədir.
Bəzi hallarda isə saçların vaxtından əvvəl ağarması daxili xəstəliklərin və yalnış yaşam tərzinin əlamətlərindən biri ola bilər.
Saçların vaxtından əvvəl ağarmasına səbəblər hansılardır ?

1. Qalxanvari vəzin problemləri və hipofizin xəstəlikləri, hormonal pozğunluqlar
2. Pernisiyoz anemiya – B 12 defisitli qanazlığı
3. Verner sindromu – orqanizmin vaxtından əvvəl yaşlanma halı
4. Stress halı, depressiya
5. Alkoqol istifadəsi
6. Tütünçəkmə
7. Ca, D və C vitamini, mis, ferritin çatmamazlığı
8. Günəşin UV şüaları
9. HİV infeksiyası, Kistik fibroz və Hodgkin limfoması
10. Qidalanma yetərsizliyi
11. Bəzi dərmanların əlavə təsirləri.

Saçların vaxtından əvvəl ağarması yaşınıza və mənsub olduğunuz irsiyyətə, yaşam tərzinə uyğun deyilsə daxili səbəbləri araşdırmaqda fayda var.

İstixəbər.info

loading...